Şahmatçımız liderliyi əlindən verdi
20 İyul 2010 Çərşənbə Axşamı 23:10
Məmmədyarov Dortmund turnirində 2-ci pillədə qərarlaşıb.
Almaniyanın Dortmund şəhərində keçirilən şahmat üzrə “Sparkassen chess meeting” turnirinin 5-ci oyun günü də arxada qalıb. Bu tura qədər yarışa liderlik edən şahmatçımız Şəhriyar Məmmədyarov mövqeyini ukraynalı rəqibinə verib.
Buna səbəb Şəhriyar Məmmədyarovun Ruslan Panamaryova uduzması olub. Ukraynalı beynəlxalq qrossmeysterlə görüşdə həmyerlimiz 51-ci gedişdə “ağ bayraq” qaldırıb. Digər oyunlarda rusiyalı Vladimir Kramnik, alman Arkadi Naydiçi, vyetnam şahmatçısı Li kuanq Lyem isə, macar Peter Lekonu şahsız qoyub.
5-ci turdakı məğlubiyyətdən sonra Şəhriyar Məmmədyarov liderliyi əldən verib. Hazırda Şəhriyarın aktivində 3 xalı var və təmsilçimiz 2-ci pillədə qərarlaşıb. Onu yarım xal qabaqlayan Ruslan Panamaryov isə birinci yerə yüksəlib.
Qeyd edək ki, superturnirin 6-cı turunda oyunlar sabah təşkil olunacaq. Bu tur Şəhriyar qara fiqurlarla Almaniya bayrağı altında çıxış edən Arkadi Naydiçlə münasibətlərinə aydınlıq gətirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: