Şahmatçımız Beynəlxalq Şahmat Festivalında II yeri tutdu
31 İyul 2010 Şənbə 12:55
Beynəlxalq Şahmat Festivalında 10 şahmat ustası iştirak edib.
Bu gün Azərbaycan şahmatçısı, beynəlxalq usta Ülvi Bacarani Rusiyanın Peterqof şəhərində başa çatan “Petrovskaya Ladya” beynəlxalq şahmat festivalında 2-ci yerə layiq görülüb.

Həmyerlimiz 10 şahmat ustasının iştirak etdiyi turnirdə 5,5 xal toplayaraq, ən yaxın rəqibi rusiyalı Vladimir Fedoseyevdən (6,5xal) 1 xal geridə qalıb.
Yarışın III mükafatına isə yerli şahmatçı Pavel Anisimov layiq görülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar