Şahmatçımız Azər Mirzəyev Saraqosada qalib gəldi 
    31 Dekabr 2012 Bazar Ertəsi 12:29
    Azər Mirzəyev beynəlxalq turnirin qalibi olub.
    
                	 
    
         Azərbaycanlı şahmatçı Azər Mirzəyev Saraqosa şəhərində beynəlxalq turnirin qalibi olub. ANS PRESS-in məlumatına görə, şahmatçımız turnirin yekununa görə, 7,5 xal toplayaraq birinci olub. Perulu Xulio Qrando da onun kimi 7,5 xal toplasa da Azər Mirzəyev əlavə göstəricilərə görə, rəqibini üstələyib.
DOSTLARINLA PAYLAŞ: