Şahmatçımız Azər Mirzəyev qalib gəlib
26 Dekabr 2009 Şənbə 12:15
Şahmatçımız Azər Mirzəyev turnirdə İspaniya nümayəndəsini məğlub edib
İspaniyada beynəlxalq şahmat turniri keçirilir. Yarışda 5-ci turun oyunları baş tutub. Turnirdə çıxış edən Azərbaycan şahmatçısı Azər Mirzəyev bu tur çərçivəsində ağ fiqurlarla İspaniya nümayəndəsi, beynəlxalq usta Daniel Alsina Leal üzərində qələbə qazanıb.
Təmsilçimiz bu qələbə sayəsində beş mümkün xaldan 3 xal yığaraq turnir cədvəlində bir pillə irəliləməyə müvəffəq olub. İndi Azər Mirzəyev 5-ci yerdə qərarlaşıb.
Yarış cədvəlinə isə Peru şahmatçısı Julio Qranda (4 xal) başçılıq edir.
Turnirə dekabrın 29-da yekun vurulacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: