Şahmatçılarımızın rəqibləri müəyyənləşib
14 Yanvar 2012 Şənbə 21:30
Bu gün Hollandiyada ənənəvi beynəlxalq şahmat turnirinə start verilib.
Bu gün Hollandiyada ənənəvi beynəlxalq şahmat turnirinə start verilib. Veyk-an-zeye şəhərində təşkil olunan yarışda Azərbaycanı beynəlxalq qrossmeysterlər -Teymur Rəcəbovla, Vüqar Həşimov təmsil edirlər.
Dairəvi sistemlə keçirilən yarışın ilk turunda Teymur Rəcəbov ağ fiqurlarla italiyalı Fabiano Karuanaya qalib gəlməyə çalışacaq. Digər zəka sahibimiz Vüqar Həşimov isə hazırda dünyanın ən güclü şahmatçısı sayılan Maqnus Karlsenə qarşı qara fiqurlarla oynacaq.
Qeyd edək ki, turnirdə Teymur Rəcəbov və Vüqar Həşimovla yanaşı 14 beynəlxalq qrossmeyster qələbə uğrunda mübarizə aparır. Yarışın qalibləri isə yanvarın 29-da bəlli olacaq.
Bundan əlavə, Teymurun turnirdə 5-ci cəhdidir. O, 20 ildiir keçirilən yarışda 2003-cü ildə debüt edib. Həmin vaxt 9-10-cu yerlərı bölüşən zəka sahibimiz, 4 illik fasilədən sonra yenidən Hollandiyada mübarizə aparıb və 1-3-cü pillələrə şərik olub. Daha sonra, 2008-cı ıldə 3-4, 2009-cu ıldə ısə 2-4-cü yerlərı bölüşüb. Son 2 ıldə ısə Veyk-an-zee turnırınə qatılmayıb. Teymurdan fərqlı, Vüqar Həşimov bu yarışda debüt edəcək.
Onu da qeyd edək ki, Teymur Rəcəbovun aktivində 2773, Vüqar Həşimovun isə 2761 reytinq xalı var.
DOSTLARINLA PAYLAŞ: