Şahmatçılarımızdan inanılmaz geriləmə 
    01 May 2013 Çərşənbə 07:38
    FİDE-nin aylıq reytinq siyahı açıqlanıb.
    
                	 
    
         Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni aylıq reytinq siyahısını açıqlayıb. ANS PRESS-in FİDE-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu dəfə ilk onluqda heç bir Azərbaycan nümayəndəsi yer almayıb. 
Teymur Rəcəbov ötən ayla müqayisədə 4-cü pillədən 14-cü, Şəhriyar Məmmədyarov isə 10-cu pillədən 13-cü yerə enib. Dünya şahmatçılarının reytinq siyahısına isə norveçli qrossmeyster Maqnus Karlssen başçılıq edir. Onun aktivində 2868 xal var.
DOSTLARINLA PAYLAŞ: