Şahmatçılarımız ABŞ, Hindistan, Macarıstan, Fransa, Ermənistan və Almaniyadan olan həmkarlarını qabaqlayır
Dünya ölkələrinin reytinqini müəyyən edən FİDE-nin hesablamalarına görə, Azərbaycan güclü şahmat ölkələri beşliyinə daxildir və dördüncü yerdə (2639) qərarlaşıb. Ölkəmizin reytinqini müəyyən etmək üçün Vüqar Həşimov (2759), Şəhriyar Məmmədyarov (2741), Teymur Rəcəbov (2733), Rauf Məmmədov (2640), Qadir Hüseynov (2614), Nicat Məmmədov (2610), Azər Mirzəyev (2594), Eltac Səfərli (2594), Fərid Abbasov (2553) və Rəsul İbrahimovun (2550) göstəriciləri nəzərdən keçirilib.
Azərbaycandan yuxarı pillələrdə isə Rusiya (1-ci yer/2727), İsrail (2-ci yer/2647) və Çin (3-cü yer/2643) özünə yer edib.
FİDE versiyası üzrə ilk 10-luğu təqdim edirik:
Yer Ölkə Reytinq
1 Rusiya 2727
2 İsrail 2647
3 Çin 2643
4 Azərbaycan 2639
5 ABŞ 2635
6 Hindistan 2635
7 Macarıstan 2634
8 Fransa 2634
9 Ermənistan 2632
10 Almaniya 2621
ANSPRESS