Şahmatçılarımız dünya çempionatında mükafatlara yaxındırlar
18 Noyabr 2012 Bazar 04:20
Turnir bu gün başa çatır.
Sloveniyanın Maribor şəhərində gənclər arasında şahmat üzrə dünya çempionatı başa çatmaq üzrədir. Çempionatın mükafatçıları arasında Azərbaycan şahmatçıları da ola bilərlər.
ANS PRESS-in məlumatına görə, son tur ərəfəsində Abdulla Qədimbəyli (8 xal) 10 yaşadək idmançılar arasında üçüncü yeri tutur. O, son tur qabağı Azərbaycan şahmatçısı Rəvan Əliyevlə qarşılaşıb. Azərbaycan derbisində Abdulla Qədimbəyli qalib gəlib.
8 yaşadək qızların turnirində Mələk İsmayıl 7,5 xalla dördüncü yerdədir. O, son turda İran təmsilçisi Mötahari Əsədi ilə qarşılaşıb. Görüş İran şahmatçısının qələbəsi ilə başa çatıb. Mələk Əsəd sonuncu turda qalib gələ bilsə, mükafatçılar arasında düşəcək.
Digər Azərbaycan şahmatçıları da mükafatçılardan ola bilərlər.
Dünya çempionatında son tur bu gün keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: