Şahmatçılarımız dünya çempionatında inamla yarışırlar
20 Noyabr 2009 Cümə 16:35
Günay Məmmədzadə bütün görüşlərini qələbə ilə başa vuraraq yarışların lideridir
Türkiyədə yeniyetmə və gənc şahmatçıların dünya çempionatı davam edir. Ölkəmizi birincilikdə müxtəlif yaş qruplarında mübarizə aparan 41 şahmatçı təmsil edir. Çempionatın qalibləri XI turluq mübarizədən sonra məlum olacaq. Təmsilçilərimizdən Günay Məmmədzadə bütün görüşlərini qələbə ilə başa vuraraq yarışlara inamla liderlik edir. Şahmatçımız son turda qara fiqurlarla rusiyalı Anna Vaseninanı məğlubiyyətə uğradıb. Həmyerlilərimizdən Abdulla Qədimbəyli, Ülvi Bacarani və Nərmin Kazımova da turnirdə qalib gəlmək şanslarını saxlayırlar.

Dünya Çempionatına noyabın 22-də yekun vurulacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar