Şahmatçılarımız Dubaya gedir
06 Aprel 2011 Çərşənbə 23:24
BƏƏ-də 13-cü beynəlxalq açıq şahmat turniri keçiriləcək
Aprelin 9-dan 19-dək Dubayda (BƏƏ) sayca 13-cü beynəlxalq açıq şahmat turniri keçiriləcək. Turnirdə Azərbaycan şahmatçıları da iştirak edəcəklər. Yarışlarda Azərbaycanın 10 təmsilçisi, o cümlədən beynəlxalq qrossmeysterlər Qədir Hüseynov, Nicat Məmmədov, beynəlxalq usta Loğman Quliyev və başqaları mübarizə aparacaqlar.
Turnirdə Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Fələstin, Qətər, İran, Hindistan, Sinqapur, Malayziya, Çin, Banqladeş, Böyük Britaniya və Misirdən 146 şahmatçı iştirak edəcək.
İsveçrə sistemi üzrə keçiriləcək turnirin mükafat fondu 45 min dollardır.
DOSTLARINLA PAYLAŞ: