Şahmatçı qadınlar arasında Azərbaycan çempionatı keçirilir
    11 Yanvar 2010 Bazar Ertəsi 11:10
    Şahmat üzrə Azərbaycan çempionatında növbəti turun oyunları baş tutub
    
                	 
    
         Şahmatçı qadınlar arasında Azərbaycan çempionatı keçirilir. 
Azərbaycan Şahmat Federasiyasının mənzil-qərargahında baş tutan yarışda artıq 4-cü turun oyunları arxada qalıb. 
Azərbaycan Şahmat Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, bu turda keçirilən görüşlərdə Nərgiz Umudova, Xəyalə İsgəndərova, Nərmin Xələfova, Gülnar Məmmədova, Türkan Həsənova, Səbinə İbrahimova qələbə qazanıblar. Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova qarşılaşması isə heç-heçə nəticələnib. 
Xatırladaq ki, turnirin mükafat fondu 5000 manatdır. Çempionatda ilk 2 yeri tutacaq şahmatçılar Şəxsi Avropa Çempionatına vəsiqə qazanacaqlar. 
Yarışlara yanvarın 20-də yekun vurulacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: