Şahmat üzrə növbəti ölkə birinciliyi start götürüb
23 Mart 2009 Bazar Ertəsi 17:10
Qaliblər Azərbaycanı dünya, ikinci yerin sahibləri isə Avropa birinciliydə təmsil edəcək

Təhsil Respublika İdman Mrkəzinin ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq gənclər şahmat məktəbində şahmat üzrə növbəti ölkə birinciliyi start götürüb. Azərbaycan birinciliyinin qalibi adı uğrunda ümumilikdə 135 şahmatçı yarışır. Dairəvi sistem üzrə keçirilən birincilikdə şahmatçı oğlan və qızlar 6 yaş qrupunda yarışırlar.
Bu dəfəki ölkə birinciliyinə bölgələr üzrə seçmə yarışların qalib və mükafatçıları vəsiqə qazanıblar. Bakını isə paytaxt birinciliyində fərqlənmiş şahmatçılar təmsil edir. 8-16 yaşlı şahmatçıların turnirində hər birində 12 qız və oğlan olmaqla 120 zəka sahibi qələbə uğrunda mübarizə aparır. Yalnız gənclərin yarışında say fərqlidir. Burada qızlar arasında qalib 10, oğlanların turnirində isə 5 şahmatçı arasından seçiləcəy. Sonuncular 2 dövrədə yarışacaqlar. Hər yaş qrupunun qalibi Azərbaycanı dünya, ikinci yerin sahibləri isə Avropa birinciliydə təmsil edəcəklər. Yeniyetmə və gənc şahmatçıların dünya birincliyi noyabr ayı Türkiyədə, Avropa birinciliyi isə oktyabrda İtaliyada keçiriləcək. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar