Şahmat üzrə Azərbaycan yığması Yunanıstan seçməsi lə qarşılaşır
05 Noyabr 2011 Şənbə 21:46
Teymur Rəcəbov Xristos Banikasla heç-heçə, Şəhriyar Məmmədyarov isə İoannis Papaioannunu 1-0 hesabı ilə məğlub edib.
Yunanıstanın Porto Karras şəhərində şahmat üzrə Avropa çempionatı davam edir. Yarışın üçüncü turunda şahmat üzrə Azərbaycan yığma komandası ev sahibi Yunanıstan seçməsi ilə qarşılaşır.

Komandamızın kapitanı Vladimir Tukmakov yunanlarla görüşə Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov və Eltac Səfərli kvartetini buraxıb. Bu dəqiqələrdə davam edən görüşdə artıq iki qarşılaşma başa çatıb.

Teymur Rəcəbov Xristos Banikasla heç-heçə edib. Şəhriyar Məmmədyarov isə İoannis Papaioannunu 1-0 hesabı ilə məğlub edib. Hal-hazırda görüşdə hesab 1,5-0,5 zəka sahiblərimizin xeyrinədir.

Xatırladaq ki, millimiz keçirilən iki turdan sonra 5,5 xalla 4-cü pillədə qərərlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar