Şahmat üzrə Azərbaycan yığma komandası xal itkisi ilə üzləşib
07 Noyabr 2011 Bazar Ertəsi 14:47
Qədir Hüseynovun ispaniyalı rəqibinə uduzması komandamızı çətin vəziyyətdə qoyub.
Yunanıstanın Porto Karras şəhərində şahmat üzrə Avropa çempionatı davam edir. Yarışın VI turunda Azərbaycan yığma komandası İspaniya seçməsi ilə qarşılaşıb. Vüqar Həşimovla Teymur Rəcəbovun oyundan ardıcıl heç-heçə çıxmaları fonunda Qədir Hüseynovun ispaniyalı rəqibinə uduzması komandamızı çətin vəziyyətdə qoyub. Yalnız Şəhriyar Məmmədyarov İvan Salqadonu yenməylə komandamızı məğlubiyyətdən qurtarıb.
Nəticədə ispanlarla 2:2 bərabərliyə nail olan yığmamız xal itkisi ilə üzləşib. Dörd turdan sonra millimiz 7 xalla ikincidir.
Qadınların turnirində isə yığmamız Xorvatiya millisi üzərində qazandığı inamlı qələbədən sonra autsayderlər qrupundan bir qədər aralanmağa müvəffəq olub. Millimiz 3 xalla 21-dir.
DOSTLARINLA PAYLAŞ: