Şahmat üzrə Azərbaycan çempionu məlum oldu
01 Fevral 2011 Çərşənbə Axşamı 02:45
Beynəlxalq qrossmeyster Nicat Məmmədov 12 şahmatçı arasında birinci yeri tutdu
Bakıda şahmat üzrə Azərbaycan çempionatı başa çatıb. Turnirdə 12 şahmatçı iştirak edib. 11 turun nəticəsinə görə, beynəlxalq qrossmeyster Nicat Məmmədov 8 xal toplayıb və 1-ci yeri tutub. Gümüş medalı 7 xalı olan Rüfət Bağırov qazanıb. Çempionatın bürünc medalı isə 6,5 xal toplamış Qədir Hüseynova nəsib olub.
Qaliblərin mükafatlandırılması mərasimi bu gün keçiriləcək. Qeyd edək ki, kişilər arasında dairəvi sistemlə keçirilən şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu 10 min manatdır.
DOSTLARINLA PAYLAŞ: