Şahin Diniyevi Ruud Qullit əvəzlədi
19 Yanvar 2011 Çərşənbə 00:40
Əfsanəvi futbolçu “Terek”ə 1,5 illiyə dəvət edilib.
Rusiyanın Qroznı şəhərinin “Terek” futbol klubuna yeni baş məşqçi təyin edilib. Bu vəzifəyə hollandiyalı mütəxəssis Ruud Qullit gətirilib. Əfsanəvi futbolçunun baş məşqçi postuna dəvət edilməsi ilə bağlı qərarı Çeçenistan prezidenti Ramzan Kadırov qəbul edib. Ruud Qullitlə 1,5 illik müqavilənin imzalanması nəzərdə tutulur. Klub qarşısında Avropa kuboklarına vəsiqə qazanmaq tapşırığı qoyulub.
Ruud Qullit 1988-ci ilin Avropa çespionu, Avropa çempionları Kubokunun ikiqat qalibi, Avropa Superkubokunun, Qitələrarası kubokun qalibi, Hollandiya və İtaliya çemponu, 1987-ci ilin “Qızıl topu”nun sahibidir. O, futbolçuluq karyerasını başa vurduqdan sonra İngiltərənin “Çelsi” və “Nyukasl”, Hollandiyanın “Feyenord” və Amerikanın “Los-Anceles Qelaksi” komandalarının baş məşqçisi işləyib.
Qeyd edək ki, 2009-cu ildən ötən ilin noyabrınadək “Terek”ə azərbaycanlı futbol mütəxəssisi Şahin Diniyev rəhbərlik edirdi. O, öz istəyi ilə baş məşqçilikdən istefa verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: