Şahin Diniyev “Terek”dən ayrılıb
29 Noyabr 2010 Bazar Ertəsi 13:25
Baş məşqçi ailə vəziyyəti ilə bağlı öz postundan istefa verib
Azərbaycan milli komandasının sabiq böyük məşqçisi Şahin Diniyev Rusiyanın “Terek” klubunun məşqçisi postundan istefa verib. Bu haqda 44 yaşlı mütəxəssisin özü məlumat verib.
Onun sözlərinə görə, Çeçenistan paytaxtı Qroznını təmsil edən komandadan öz istəyi ilə ayrılıb. Diniyev ailə vəziyyətini səbəb göstərib: “Klub rəhbərliyi məni komandada saxlamaqda israrlı idi. Lakin özüm Bakıya qayıtmaq istədiyimi bildirdim. İki ilədək ailədən kənarda yaşamaq həqiqətən də çətin idi. Düzdür, peşəkarlıq baxımından bu, normal haldır. Amma onu da nəzərə almaq lazımdır ki, ömür qısadır. Ailənin qayğılarına da vaxt ayırmaq lazımdır”.
Hələlik heç bir klubdan təklif almadığını deyən həmyerlimiz bir müddət istirahət edəcəyini vurğulayıb.
Xatırladaq ki, Şahin Diniyev 2009-cu ildən “Terek”də çalışırdı.
DOSTLARINLA PAYLAŞ: