Şahin Diniyev “Terek”də də yarıtmır
30 Oktyabr 2009 Cümə 22:20
Şahin Diniyev “Terek”də də yarıtmır. Onun komandası bu dəfə MOİK-ə uduzub.
Bu gün Rusiya Premyer Liqasında XXVII tura start verilib. Şahin Diniyevin rəhbərlik etdiyi “Terek” klubu Moskvada “Lujniki” stadionunda MOİK-in qonağı olub. Bakı vaxtı ilə saat 19:00-da başlayan görüş həmyerlimizin Rusiyanın güclülər dəstəsində ikinci sınağı olub.

İlk yarı meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 1:0. 3-cü dəqiqədə Tomas Nesid vurduğu erkən qolla Diniyevin komandasını məğlub duruma salıb. İkinci hissədə isə qapılara top vurulmayıb və qarşılaşma MOİK-in minimal üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, Diniyevin komandası ötən tur Samarada yerli “Krılya Sovetov”la görüşüb və 0:2 hesabı ilə uduzub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar