Şahin Diniyev Bakını tərk etdi 
    18 Fevral 2010 Cümə Axşamı 17:25
    Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev Türkiyəyə qayıdıb
    
                	 
    
         Azərbaycan yığmasının keçmiş baş məşqçisi Şahin Diniyev Türkiyəyə qayıdıb. Bir neçə gün öncə oğlu Kərimlə birlikdə vətənə gələn Şahin bəy yenidən "Terek"in hazırlıq prosesinə qoşulub. Diniyev "Terek"in təmsil etdiyi Çeçenistana martın ilk günlərində komanda ilə birgə gedəcək. 
Diniyev yeni mövsümdə "Terek"in əsas heyətində baş məşqçi Anatoli Baydaçninin birinci köməkçisi funksiyasını yerinə yetirəcək. O, Qroznıdakı işindən razı qaldığını bildirib: "Burada futbola baxış çox fərqlidir. İşimdən çox razıyam".
Xatırladaq ki, Diniyev 2009-cu ilin yanvarın 1-də "Terek"lə müqavilə bağlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: