Sahil bağında görünməmiş tamaşa
29 Aprel 2010 Cümə Axşamı 13:15
Dünyanın şahmat ulduzları Bakıda şou göstərəcəklər.
Bu gün Bakıda "Prezident kuboku" beynəlxalq şahmat turniri start götürür.
Azərbaycan Şahmat Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, dairəvi sistemlə sürətli şahmat üzrə keçirilən turnirdə 8 şahmatçı qüvvəsini sınayacaq. Yarışda Vladimir Kramnik (Rusiya), Gata Kamski (ABŞ), Judit Polgar (Macarıstan), Emil Sutovski (İsrail) kimi tanınmış şahmatçılar iştirak edəcəklər.
“Prezident Kuboku” 3 gün ərzində davam edəcək. May ayının 3-ü dünya şahmatının ən məşhur simaları Sahil bağında azyaşlı şahmatçılara 87 lövhədə olmaqla seans verəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: