Sabah Unibank Premyer Liqasının 23-cü turuna start verilir
11 Mart 2011 Cümə 20:06
"Simurq" "Muğan"ı, "İnter" isə "Qarabağ"ı qəbul edəcək.
Həftənin sonunda futbol üzrə Unibank Premyer Liqasının 23-cü turunun oyunları keçiriləcək. Peşəkar Futbol Liqasından verilən məlumata görə, martın 12-də “Simurq”-“Muğan”, “İnter”-“Qarabağ” baş tutacaq.

Bir gün sonra isə “Turan”-“Gəncə”, MOİK-“Qəbələ”, AZAL-“Xəzər-Lənkəran”, “Bakı”-“Neftçi” matçları keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar