Sabah möhtəşəm “İnter” – “Milan derbisi oynanılacaq
23 Yanvar 2010 Şənbə 12:30
“İnter” – “Milan” oyununa böyük maraq var
Sabah futbol üzrə İtaliya çempionatında dünyanın ən gərgin derbi qarşılaşmalarından biri oynanılacaq. Çempionatda ilk 2 sırada qərarlaşan “İnter” və “Milan” klubları üz-üzə gələcəklər. “Milan” rəqibi ilə arasındakı 6 xallıq fərqi aradan qaldırmaq üçün bu görüşdə mütləq qalib gəlməlidir. Milan derbisində “İnter”in heyətində Rene Khrin, Kristian Kivu, Dejan Stankoviç, Sulley Muntari, Tiaqo Motta və Samuel Eto iştirak etməyəcəklər. “Milan” isə meydana Mate Flamini, Klares Zeedorf, Aleşandro Pato, Massimo Oddo, Canluici Zambrottasız çıxacaq. Hər iki klubun meydana çıxacaq ilk 11-liyini nəzərinizə çatdırırıq:

“İnter”: Julio Sezar, Maikon, Lusio, Valter Samuel, Santon, Zanetti, Kambiasso, Balotelli, Sneider, Pandev, Milito.

“Milan”: Dida, Abate, Kaladze, Tiaqo Silva, Antonini, Qattuzo, Pirlo, Ambrozini, Bekhem, Borrielo, Ronaldinyo.

Xatırladaq ki, matç sabah Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar