Sabah hamı at yarışına!
16 İyul 2010 Cümə 22:15
Bakı Dövlət Cıdır meydanına giriş pulsuz olacaq.
Sabah Bakı Dövlət Cıdır Meydanında Azərbaycan Atçılıq Federasiyasının təşkil etdiyi cıdır yarışı keçiriləcək. Növbəti yarış öncəsi Azəarbaycan Atçılıq Federasiyası cıdır günü ilə əlaqədar mətbuat konfransı keçirilib.

Mətbuat konfransında ilk olaraq Azəarbaycan Atçılıq Federasiyasının 2010-cu ildə gördüyü işlərdən danışılıb. Federasiyanın baş katibi Bəhruz Nəbiyev ölkəmizdə atcılıq yarışına marağın günbəgün artdığını bildirib. 3-ü Olimpiya olmaqla, dünyada atcılığın 7 növünün mövcud olmasına baxmayaraq, Azərbaycanda “konkur” növünü daha çox inkaşaf edib. Baş katib digər növlərin də ölkəmizdə inkaşaf etidirilməsi məqsədi ilə atcılıq məktəblərinin açıldığını da bildirib. Bəhruz Nəbiyevin sözlərinə görə, bu cür məktəblərin tək Bakıda deyil, paytaxtdan kənarda da inşa edilməsi planlaşdırılır.

Baş katib onu da qeyd edib ki, bu il Azərbaycanda beynəlxalq yarışın keçirilməsi də nəzərdə tutulub. Bu turnirdə dünyanın ən tanınmış çaparları çıxış edəcəklər.

Sabahkı yarışa gəlincə, bu turnir Bakı Dövlət Cıdır Meydanında baş tutacaq. Atların yaşından asılı olaraq, 1200, 1600 və 1800 metr məsafələrə yürüşlər təşkil olunacaq. Azarkeşlər ümumilikdə 8 starta şahidlik edəcəklər. Mətbuat konfransında o da bildirildi ki, sabah 50 at və 20 jokey bacarığını nümayiş etdirəcək. Jokeylər Qarabağ, Dilbaz, İngilis və Ərəb cinsli atlarda qalib adı uğrunda mübarizə aparacaqlar.

Ümumi mükafat fondu 8000 manat olan yarışa sabah saat 17:00-da start veriləcək. Yarışı izləmək istəyən azarkeşlər üçün Bakı Dövlət Cıdır meydanına giriş pulsuz olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar