Sabah finalçıların adları məlum olacaq
24 Dekabr 2010 Cümə 23:35
Boks üzrə Azərbaycan çempionatı başa çatmaq üzrədir
Boks üzrə Azərbaycan çempionatı başa çatmaq üzrədir. Bu gün Bakı İdman sarayında keçirilmiş 36 cütün döyüşündən sonra hər çəki dərəcəsində ən güclü dördlüyü təşkil edəcək boksçular məlum olub. Ən aşağı çəki dərəcəsində paytaxtın "Sədərək", "Rabitə", "Neftçi" klublarının yetirmələrindən Salman Əlizadə, Kamran Məlikov və Nurlan Qasımlı rəqiblərindən bir baş üstün olub.
Sumqayıt boksçusu Elvin Məmişzadə isə ümumiyyətlə rinqdə yumruq belə oynatmadan ən güclü dördlüyə adlayıb.

56 kq çəki dərəcəsində isə paytaxt rabitəçilərindən ikisi rinqə çıxmadan günün bəxtəvərinə çevrilib. Biləsuvarlı Yalçın Əzimli Rəhim Nəcəfov qarşısında əzmkarlıq nümayiş etdirə bilməyib. Ruslan Qasımov isə Tural Əkbərova 7 dəqiq zərbə endirib.

Beləcə dördüncü yarış günü rinqdə həmçinin ağırlığı 64, 69, 75, 81, 91 və 91 kq-dan yuxarı olan boksçular öz çəki dərəcələrində yarımfinalçıları müəyyən edib. Sabah ölkə çempionatında hər çəkidə finalçıların adlarına aydınlıq gələcək. Ertəsi gün isə Azərbaycan çempionları məlum olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar