Sabah beynəlxalq turnirə start verilir
05 Aprel 2010 Bazar Ertəsi 17:25
Bakıda Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo yarışı keçiriləcək.
Sabah Bakıda Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Cüdo Federasiyası və Bakı Baş İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə beynəlxalq turnirə start veriləcək.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunan sayca 33-cü beynəlxalq Bakı turnirində Azərbaycan idmançıları ilə bərabər Türkiyə, Rusiya, Özbəkistan, İran və Gürcüstan cüdoçuları da mübarizə aparacaq. 200-ə yaxın yeniyetmənin qüvvəsini sınayacağı yarışın açılış mərasimi sabah saat 16:30-da olacaq.

Xatırladaq ki, turnir iki gün davam edəcək. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar