Ş.Məmmədyarov 10 min avro qazanıb
17 Fevral 2011 Cümə Axşamı 22:43
Moskvada şahmatın blits növü üzrə dünya çempionatının seçmə yarışına yekun vurulub
Rusiyanın paytaxtı Moskvada şahmatın blits növü üzrə keçirilən dünya çempionatının seçmə yarışına yekun vurulub. 9 turdan ibarət yarış Azərbaycan yığması üçün uğurla başa çatıb. 35 min avro mükafat fondu olan yarışın qalibi adını həmyerlimiz Şəhriyar Məmmədyarov qazanıb. Qrossmeysterimiz 192 zəka sahibinin mübarizə apardığı yarışda 14,5 xalla I yeri tutub. O bununla yanaşı, 10 min avroya sahib olub.

II yerə ondan 0,5 xal az toplayan Ruslan Ponomaryov (Ukrayna) yiyələnib. İlk “3-lüyü” isə 13,5 xalla Dmitri Andreykin (Rusiya) qapayıb.

Qeyd edək ki, turnirdə iştirak edən digər şahmatçılarımız - Rauf Məmmədov 9-cu, Vasif Durarbəyli 27-ci, Nicat Məmmədov 35-ci, Ülvi Bacarani 112-ci, Gülnar Məmmədova isə 138-ci pillədə qərarlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar