Rüştü son illərin ən yaxşı qolkiperlərindəndir
19 Yanvar 2010 Çərşənbə Axşamı 12:00
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası yeni siyahı açıqlayıb. Rüştü son illərin ən yaxşı qolkiperlərindəndir.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 1987-2009-cu illər ərzində çıxış etmiş dünyanın ən yaxşı qapıçılarının siyasını açıqlayıb.

Beynəlxalq Futbol Qurumu ilk yerə İtalya yığmasının qolkiperi Canluici Buffonu layiq görüb. Sonrakı yerdə İker Kasilyas və Danimarka yığmasının qapıçısı Peter Şmeyhel qərarlaşıblar.

İlk onluqda Oliver Kan, Edvin Van Der Saar, Xose Luis Çilavert, Valter Zenga, Petr Çex, Maykl Preudhomme, Klaudio Taffarel kimi qapıçılar yer alıb.

Siyahıya türkiyəli Rüştü Rəncbər, SSSRİ-nin qapıçısı Renat Dassayev, Rusiya yığmasının sabiq qapıçısı Ruslan Niqmatulin və hazırki qolkiperi İqor Akinfeyev də salınıblar. Reytinq siyahısında ümumilikdə 75 əlcək sahibi qərarlaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar