Ruslar yığmamızla oyuna striptiz klubda hazırlaşıb
04 Dekabr 2009 Cümə 21:15
Rusiya mətbuatı Hiddinkin yetirmələrinin Bakıda keçirilən matç öncəsi nə ilə məşğul olduqlarını müəyyən edib
Bu günlərdə Rusiyanın kütləvi informasiya vasitələri ölkənin futbol yığmasının futbolçuları ilə bağlı bir neçə maraqlı faktın üstünü açıb. Belə ki, onlar Rusiya yığmasının Sloveniyaya acı məğlubiyyətinin səbəblərini, həmçinin rus futbolçuların Azərbaycan yığması ilə Bakıda keçirilən matç öncəsi nə ilə məşğul olduqlarını müəyyən edib.

KİV-in yazdığına görə, yığmanın futbolçuları Bıstrov, Jirkov və İqnaşeviç Almaniya ilə keçirilən oyunu bir masa arxasında kart oynamaqla qeyd ediblər.

“Restoranda olan şahidlərin bildirdiyinə görə, onlar daha sonra əyləncələrini davam etdirmək məqsədilə striptiz nümayiş olunan kluba yollanıb. Halbuki iki gündən sonra onların Azərbaycan yığması ilə oyunları var idi”, - deyə KİV-də qeyd olunur.

Hər halda Rusiya mətbuatı belə hesab edir ki, rusların Azərbaycanla heç-heçə etməsinə və sloveniyalılara məğlub olmasına onların günlərini kef məclislərində keçirməsi səbəb olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar