Ruslar millimizi darmadağın edib
29 Mart 2011 Çərşənbə Axşamı 22:54
Qarşılaşma 8:0 hesabı ilə Rusiya yığmasının xeyirə başa çatıb
Bu gün İspaniyanın Marbelya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 8:0 hesabı ilə rusiyalı futbolçuların xeyrinə başa çatıb.

Yığmamız bu oyunda meydana aşağıdakı heyətlə çıxıb:

Səlahət Ağayev, Qara Qarayev, Tərlan Quliyev, Emin Cəfərquliyev, Mixail Zaytsev, Cavid İmamverdiyev, Eşqin Quliyev, Tural İsgəndərov, Mirhüseyn Seyidov (k), Orxan Həsənov, Ruslan Qurbanov.

Ehtiyat oyunçular: Osman Umarov, Rüstəm Abbasov, Emin Mehdiyev, Eldar Məmmədov, Zahid Quliyev, Kamil Nurəhmədov, Şəhriyar Xəlilov, Emin Mustafayev, Fərrux Rəhimov.

Xatırladaq ki, yığmamız Marbelyada martın 24-də keçirdiyi ilk oyunda Qvineya U-21 yığmasını 1:0, martın 26-da isə UD Marbelya komandasını isə 4:0 hesabı ilə məğlub etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar