Ruslan Qafitulin "Şuşa"dan getdi
28 Fevral 2011 Bazar Ertəsi 22:26
Futbolçu Ruslan Qafitulin ilə qarşılıqlı razılıq əsasında müqaviləsi ləğv edilib.
“Şuşa” klubu Ruslan Qafitulinlə yollarını ayırıb. Futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləsi ləğv edilib. Klubdan verilən məlumata görə, oyunçunun komandadan göndərilməsinə səbəb hazırlıq səviyyəsinin məşqçiləri razı salmaması olub. Baş məşqçi Metin Demirkıran müdafiəçinin bir müddət məşqsiz qaldığı üçün formadan düşdüyünü bildirirərək “Şuşa”dan göndərilməsini istəyib.

Xatırladaq ki, Ruslan Qafutilin bu ilin qış fasiləsində “Abşeron”dan ayrıldıqdan sonra “Şuşa”ya keçmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar