Ruslan Abışovun Styaua gedişi yalan çıxdı
11 Dekabr 2009 Cümə 21:05
Tahir Süleymanov: "Ruslanla bağlı bizə heç bir müraciət olmayıb"
Rumıniyanın "Styaua" klubu Ruslan Abışovun transferi üçün "Neftçi"yə müraciət etməyib. Bu barədə klubun vitse-prezidenti Tahir Süleymanov bildirib.
"Ruslan Abışovla bağlı bizə heç bir müraciət daxil olmayıb", - deyə o vurğulayıb.
Qeyd edək ki, Rumıniya mətbuatı "Styaua"nın Abışova görə, "Neftçi"yə müraciət ünvanladığı və 120 min avro təklif etdiyi barədə məlumat yayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: