Ruslan Abışovun komandası uduzdu
21 Oktyabr 2013 Bazar Ertəsi 07:38
Millinin futbolçusu "Rubin" - "Viqan" oyununda meydana çıxa bilməyəcək.
Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış elədiyi “Rubin” səfərdə “Volqa” ilə üz-üzə gəlib və 2:1 hesabı ilə məğlub olub. ANS PRESS-in məlumatına görə, Ruslan Abışov zədəli olduğu üçün bu oyunun iştirak ərizəsində yer almayıb.

DÇ-2014-ün seçmə mərhələsində keçirilmiş Azərbaycan - Rusiya görüşündə zədələnən futbolçu 2 həftə oynamayacaq. Bu isə onun gələn tur "Lokomotiv" və həftə içi Avropa Liqasında "Viqan"la oyunları buraxacağı deməkdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar