Ruslan Abışov ən yaxşı futbolçu seçilib
    17 Dekabr 2012 Bazar Ertəsi 14:24
    Ruslan Abışov həmçinin millimizin heyətində ən çox oyun keçirən futbolçu kimi də təltif olunub.
    
                	 
    
         2012-ci ildə futbol üzrə Azərbaycan milli komandasının  ən yaxşı oyunçusunun adı açıqlanıb. ANS PRESS-in məlumatına görə, “Xəzər Lənkəran” klubunun və yığmamızın müdafiəçisi Ruslan Abışov ən yaxşı futbolçu adına layiq görülüb. 
Futbolçu həmçinin millimizin heyətində ən çox oyun keçirən futbolçu kimi də təltif olunub. 2012-ci ilin ən yaxşı qapıçısı adına Kamran Ağayev layiq görülüb. 
2012-ci il üçün 17 yaşlı qızlardan ibarət yığma komandanın ən yaxşı futbolçusu Aytac Şərifova, ilin ən yaxşı futzalçısı Vitaliy Borisov, ən yaxşı çimərlik futbolçusu Zeynal Zeynalov seçilib.
DOSTLARINLA PAYLAŞ: