Ruslan Abışov :Bu anı çoxdan gözləyirdim
19 Aprel 2013 Cümə 23:45
Futbolçumuz Ruslan Abışov nüfuzlu "Sport Ekspress" qəzetinə müsahibə verib.
Rusiya Premyer Liqasının 25-ci turunda "Amkar"a qarşı matçda komandasının heyətində debüt edən Ruslan Abışov "Sport Ekspress" qəzetinə müsahibə verib. ANS PRESS-in məlumatına görə, futbolçu öz oyununa fikir bildirməkdən imtina edib.

"Bu anı çoxdon gözləyirdim. İstəyirdim ki, debüt oyununda "Rubin" qələbə qazansın. Ancaq istədiyim baş tutmadı. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə "Amkar"ın təzyiqinə davam gətirmədik və qol buraxdıq. Sözsüz ki, nəticədən narazıyam. Oyunumu şərh etmək fikrindən uzağam bunun üçün məşqçilər var", - deyə Ruslan Abışov bildirib.

Xatırladaq ki, Ruslan Abışov bu gün Permdə baş tutan "Amkar"-"Rubin" matçın debüt edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar