Ruslan Abışov 44 dəqiqə oynadı
11 İyul 2013 Cümə Axşamı 00:53
Avstriyada təlim-məşq toplanışında olan Rusiyanın "Rubin" klubu növbəti yoxlama matçını keçirib.
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun formasını geydiyi “Rubin” Avstriyada ikinci təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi bu gün Ukraynanın “Metallist” klubu ilə üz-üzə gəlib.

Daha əvvəl Sloveniya “Triqlav”ına (2:0) qalib gəlib, Rumıniya “Çahleul”una (1:2) uduzan tatarıstanlılar bu dəfə yenə qələbəyə sevinib. Matçın 84-cü dəqiqəsində braziliyalı hücumçu Villian Qomesin fərqləndiyi görüşdə həmyerlimizin də səyi az olmayıb.

Belə ki, ötən oyunda baş məşqçi Qurban Berdıyevin şans vermədiyi Abışov 46-cı dəqiqədə Bibras Natxonun əvəzinə meydana daxil olub.

Qeyd edək ki, “Rubin” Rusiya premyer-liqasını 6-cı, “Metallits” isə Ukrayna çempionatını 2-ci pillədə başa vurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar