Rusiyalı tennisçi Dinara Safina Dubaya gedə bilməyəcək
10 Fevral 2010 Çərşənbə 10:15
Dinara Safinanın onurğa sütunu zədələnib
Rusiyanın ən güclü qadın tennisçisi sayılan Dinara Safina ağır zədə alıb. Tennisçi bu səbəbdən gələn həftə Dubayda start götürəcək tennis turnirində iştirak edə bilməyəcək.

Verilən məlumata görə, idmançının onurğa sütunu zədələnib. Dünyanın ən güclü qadın tennisçiləri siyahısında 2-ci pillədə olan Dinara Safinanın korta nə vaxt dönəcəyi barədə məlumat verilmir.

Xatırladaq ki, tennisçi zədə səbəbindən 2009-cu ilin son turniri olan Avstraliyanın Açıq çempionatında da mübarizəni erkən başa vurmuşdu. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar