Rusiyalı idmançı “Fənərbaxça”dan ayrıla bilər
16 Aprel 2010 Cümə 12:05
Qamova rəhbərliyin müqaviləni artırmaq təklifinə razılıq verməyib.
Türkiyənin “Fənərbaxça” klubunun şərəfini qoruyan rusiyalı voleybolçu Yekaterina Qamova müqaviləsinin müddətini artırması ilə bağlı məlumatları təkzib edib. Voleybolçu Türkiyə mətbuatında onun “Fənərbaxça” ilə müqaviləsinin müddətini daha 2 il artırması haqqında məlumatların həqiqətəuyğun olmadığını bildirib.

Voleybolçunun agenti Qamovanın hazırda Türkiyə çempionatının pley-off oyunlarına hazırlaşdığını bildirərək müştərisinin yalnız mövsümün sonunda karyerasını harda davam etdirməklə bağlı bir qərara gələcəyini açıqlayıb.

Xatırladaq ki, Yekaterina Qamova 2009-cu ildə Rusiyanın “Dinamo” (Moskva) klubundan “Fənərbaxça”ya transfer olunmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar