Rusiyalı gözəlçə Mariya Şarapova finalda
04 Avqust 2012 Şənbə 11:06
London Olimpiadasında tennis üzrə qadınların tək mübarizəsində finalın ilk iştirakçısı məlum oldu. Rusiyalı gözəlçə Mariya Şarapova finala çıxıb.
London Olimpiadasında tennis üzrə qadınların tək mübarizəsində finalın ilk iştirakçısı məlum olub. ANS PRESS-in məlumatına görə, Uimbldon tennis kortunda baş tutan yarımfinal görüşündə rusiyalı Mariya Şarapova həmvətəni Mariya Kilivenkonu 6-2 və 6-3 hesabları ilə iki setdə məğlub edərək finala vəziqə qazanıb.

Mariya Şarapovanın finaldakı rəqibi belaruslu Viktoriya Azerenka və amerikalı Serena Uilyams matçının qalibi olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar