Rusiyalı futbolçu Roman Pavlyuçenko qərarını dəyişdi
20 Aprel 2010 Çərşənbə Axşamı 16:15
Rusiyalı futbolçu Roman Pavlyuçenko "Tottenhem"dən ayrılmağı düşünmür.
Rusiya yığma komandasının futbolçusu Roman Pavlyuçenko “Tottenhem” klubunda çıxışını davam etdirmək istədiyini bildirib. Futbolçu klubun baş məşqçisinin ona etimad göstərdiyini və burada özünü xoşbəxt hiss etdiyini əsas gətirərək bu qərara gəldiyini vurğulayıb.

Futbolçu 2009-2010-cu il mövsümünün əvvəlində “Tottenhem” klubu tərəfindən transferə çıxarılmışdı. Rusiyanın “Lokomotiv” klubu Pavlyuçenkonu 11 milyon avro müqabilində heyətinə qatmaq istəyirdi. Ancaq London klubu futbolçunu belə aşağı qiymətə satmaqdan imtina edərək onu heyətində saxlamışdı. Bundan sonra baş məşqçi Harri Rednapp tərəfindən əsas heyətdə daha çox şans verilən Pavlyuçenko qollarına imza atmağa başlayıb.

Xatırladaq ki, Roman Pavlyuçenko “Tottenhem”ə Moskvanın “Spartak” klubundan transfer olunmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar