Rusiya yığmasının yeni məşqçisi Dik Advokat
18 Mart 2010 Cümə Axşamı 10:50
Dik Advokatın yaxın günlərdə rəsmən təqdim olunacağı gözlənilir
Futbol üzrə Rusiya yığma komandasının yeni baş məşqçisinin hollandiyalı futbol mütəxəssisi Dik Advokatın olacağı bildirilir. “Sport-Ekspress” qəzetinin iddiasına görə, Dik Advokatın Rusiya millisinə təyin olunması yaxn günlərdə rəsmiləşəcək.

Xatırladaq ki, Dik Advokat hazırda Belçika komandasının baş məşqçisi postundadadır. Onun müqaviləsi gələn ilin payızınadək nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar