Rusiya yığmasına yeni baş məşqçi təyin edildi
28 İyun 2012 Cümə Axşamı 15:28
Bu əvvəllər komandada baş məşqçinin köməkçisi vəzifəsində çalışan Aleksandr Borodyukdur.
Futbol üzrə Rusiya yığmasına Aleksandr Borodyukun rəhbər təyin olunaxcağı ehtimal olunur. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Rusiya Futbol Federasiyasına yaxın şəxs verib.
A. Boorodyukun Quus Hiddink və Dik Advokatın komandaya məşqçilik etdiyi dövrdə baş məşqçinin köməkçisi vəzifəsində çalışdığı bildirilir. Rusiya yığmasının “Avro-2012”-nin ¼ finalına çıxa bilməməsindən sonra holland məşqçi Dik Advokat milli komandanın məşqçisi postundan getmişdi.
Qeyd edək ki, bundan əvvəl Rusiya Futbol Federasiyasının prezidenti Sergey Fursenko da prezident Vladimir Putinlə görüşdən sonra istefa vermişdi. İyulun 4-ü və 5-də keçiriləcək Rusiya Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında yeni prezidentin seçiləcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: