Rusiya yığması Olimpiadada ilk medalını qazandı
    14 Fevral 2010 Bazar 02:40
    Konkisürən İvan Skobrev 5000 metr məsafədə yarışların üçüncüsü olub
    
                	 
    
         Rusiyalı konkisürən İvan Skobrev 2010-cu il Olimpiya oyunlarının bürünc medalını qazanıb. O, 5000 metr məsafədə yarışların üçüncüsü olub.
İvan Skobrev məsafəni 6 dəqiqə 18,05 saniyəyə qət edib. Həmin məsafəni 6 dəqiqə 14,60 saniyəyə qət edən hollandiyalı Sven Kramer isə həm qızıl medalı qazanıb, zəm də Olimpiya rekordunu yeniləyib. İkinci yeri isə Cənubi Koreya idmançısı Li Seon Xun tutub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: