Rusiya Superkubokunun qalibi Zenit klubu oldu
06 Mart 2011 Bazar 17:31
Moskva MOİK-i "Zenit" qarşısında büdrəyib.
Rusiya Superkubokunun qalibi müəyyənləşib. Məlumata görə, mükafat uğrunda görüşdə Sankt-Peterburqun “Zenit” klubu ilə Moskva MOİK-i qarşılaşıb. Krasnodarda keçirilən matçın taleyini 1 qol həll edib. 73-cü dəqiqədə fərqlənən İonov kuboku Sankt-Peterburqa aparılmasında pay sahibi olub.

Qeyd edək ki, Azərbaycan Superkubok matçı keçirilməyən nadir ölkələrdəndir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar