Rusiya Olimpiadanın qalibi oldu
22 Mart 2010 Bazar Ertəsi 21:30
Vankuverdə keçirilən Paralimpiya oyunlarına yekun vurulub. Rusiya Olimpiadanın qalibi oldu.
Kanadanın Vankuver şəhərində keçirilən 2010-cu il qış Paralimpiya oyunları bu gün başa çatıb. Ümumi komanda hesabında Rusiya yığması 12-si qızıl olmaqla, 38 medal əldə edərək birinci olub.

İkinci yerdə 13 qızıl medal olmaqla, ümumilikdə 24 medal əldə etmiş Almaniya komandası qərarlaşıb. 19 medala sahib çıxmış Kanada kollektivi isə üçüncü olub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar