Rusiya Mini Futbol Assosiasiyasına azərbaycanlı rəhbərlik edəcək
04 Avqust 2011 Cümə Axşamı 16:52
Emil Əliyevin namizədliyi yekdilliklə dəstəklənib
20 ildən artıq Rusiya Mini Futbol Assosiasiyasına (RMFA) rəhbərlik edən Semyon Andreyev səlahiyyət müddətini başa vurub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, onun yerinə əslən azərbaycanlı olan Emil Əliyev təyin edilib.
RMFA-nın Moskvada baş tutan seçki konfransında Semyon Andreyev səsvermə öncəsi öz namizədliyini geri götürüb və Assosiasiyanın baş direktoru postuna Emil Əliyevin namizədliyini irəli sürüb. Konfrans iştirakçıları Andreyevin seçimini yekdilliklə dəstəkləyiblər.
Artıq Rusiya və Ukrayna mini futbolunun bir sıra aparıcı funksionerləri Assosiasiyanın yeni prezidenti Emil Əliyevə öz təbriklərini göndərirlər. Sankt-Peterburqun “Politex” futbol klubunun baş direktoru Kirill Mirzoyan hesab edir ki, rəhbər dəyişikliyi yerli futbolun inkişafına müsbət təsir göstərəcək.
DOSTLARINLA PAYLAŞ: