Rusiya millisinin yeni baş məşqçisi kim olacaq?
17 İyun 2012 Bazar 05:26
Bu posta ən real namizəd kimi Valeri Qazzayevin adı çəkilir.
Rusiyanın futbol millisinin baş məşqçisi postuna əsas iddialılardan biri Valeri Qazzayevdir. ANS PRESS xəbər verir ki, məlumatı “R-Sport” agentliyi vəziyyətlə tanış mənbəyə istinadən yayıb.

2010-cu ildən Rusiya millisinə rəhbərlik edən hollandiyalı mütəxəssis Dik Advokat Rusiya Futbol İttifaqı ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməyib və milli EURO-2012-də çıxışını dayandırdıqdan sonra klubu tərk edəcək. Rusiya millisi EURO-2012-nin qrup mərhələsində Yunanıstan yığmasına məğlub olub və Avropa birinciliyində mübarizəni dayandırıb.

“R-Sport” agentliyinin mənbəsi bildirib ki, baş məşqçi postuna namizədlərin siyahısı hazırlanıb. Siyahıda baş məşqçiliyə ən real namizədlərdən biri Valeri Qazzayevdir.

Valeri Qazzayev 2002-2003-cü illərdə Rusiya millisinə başçılıq edib. Komanda onun rəhbərliyi ilə 9 oyun (4 qələbə, 3 məğlubiyyət, 2 heç-heçə) keçirib. O, UEFA tərəfindən 2004-2005-ci illər mövsümündə ilin məşqçisi seçilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar