Rusiya millisi Portuqaliyaya qalib gəldi
12 Oktyabr 2012 Cümə 22:18
Moskvada keçirilən oyunun taleyini 6-cı dəqiqədə vurulan qol həll edib.
Rusiya futbol yığması Portuqaliyaya qalib gəlib. ANS PRESS-in məlumatına görə, DÇ-2014 qrup mərhələsi çərçivəsində bu gün III turun oyunları keçirilib. Azərbaycan yığma komandası ilə bir qrupda olan Rusiya yığması Moskvada minimal hesablı qələbə qazanıb.
“Lujniki” stadionunda keçirilən oyunda yeganə qolu 6-cı dəqiqədə Aleksandr Kerjakov vurub.
DOSTLARINLA PAYLAŞ: