Rusiya millisi İtaliya yığmasını məğlub etdi
02 İyun 2012 Şənbə 01:58
Avropa çempionatı ərəfəsində bir neçə yoldaşlıq oyunu keçirilib.
Futbol üzrə Rusiya millisi EURO-2012-yə hazırlıq çərçivəsində Sürixdə İtaliya yığması ilə qarşılaşıb. ANS PRESS-in məlumatına görə, oyun rusların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Rusiya millisinin qollarını Kerjakov (60-cı dəqiqə) və Şirokov (75-ci və 89-cu dəqiqələr) vurublar.

Günün digər yoldaşlıq oyunlarının nəticələri:

Avstriya - Ukrayna 2:3
Çexiya - Macarıstan 1:2
Estoniya - Finlandiya 1:2

Qeyd edək ki, Avropa çempionatı iyunun 8-dən iyulun 1-dək Polşa və Ukraynada keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar