Rusiya matçı öncəsi milli komandaya dəstək
25 Mart 2009 Çərşənbə 13:10
"Peşəkar idmançı meydana həmişə qələbə əzmi ilə çıxmaq üçün daim məşq etməlidir, çünki o meydanda özünü deyil, xalqını təmsil edir"
AFFA və milli komanda rəhbərliyinin dəvətinə əsasən olimpiya çempionu Namiq Abdullayev, Pekin olmpiadasının gümüş mukafatçısı, Avropa cempionu Vitali Rəhimov və olimpiya kateqoriyalı hakim, əməkdar məşqçi Hicran Şərifov Azərbaycan A Millli komandasının üzvləri ilə görüşüblər. AFFA-dan verilən məlumata görə, görüşdə ölkəmizin idman aləmində şərəfini qorumaqdan daim şərəf duyduqlarını bildirən çempionlar futbol üzrə milli komandamıza da qarşıdakı oyunlarda yüksək əzmkarlıq və uğur arzulayıblar.

Hər dəfə meydana çıxanda böyük bir xalqı təmsil etdiklərini və onun adına layiq çıxış etməli olduqlarını düşündüklərini qeyd edən idmançılar, qazandıqları yüksək nailiyyətlər barədə futbolçulara ətraflı məlumat veriblər. İdmançılar öz üzərlərində daim çalışdıqlarını bildiriblər. Peşəkar idmançı meydana həmişə qələbə əzmi ilə çıxmaq üçün daim məşq etməlidir. Çünki o, meydanda özünü deyil, xalqını təmsil edir.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov da iştirak ediyi görüşün mühüm əhəmiyyət kəsb etdiyini deyən milli komandanın baş məşqçisi Berti Foqts idmançılara bir sıra suallar verərək onların fikirlərini öyrənib və bunun futbolçularda oyunqabağı ruh yüksəkliyinin artırılmasına müsbət təsir etdiyini bildirib.
 
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar