Rusiya çempionu Rubin klubu futbolçumuzu bəyənib
    08 Fevral 2010 Bazar Ertəsi 21:10
    "Rubin" rəsmiləri "Neftçi" ilə danışıqlara hazırlaşır
    
                	 
    
         Məlum olduğu kimi, Rusiyanın "Rubin" klubunun hədəfinə düşən Araz Abdullayev bir neçə gündür Kazan təmsilçisinin əvəzedicilərdən ibarət komandasının Antalyadakı düşərgəsində baxışdan keçirdi. "Neftçi" və U-19-un üzvü "Rubin" mütəxəssisləri tərəfindən bəyənilib. Məlumata görə, Arazın keçidi ilə bağlı Kazan klubunun rəsmiləri fevralın 15-dək Bakıya gələrək, "Neftçi" ilə rəsmi danışıqlara başlayacaq.
Qeyd edək ki, "Rubin"in əsas heyəti İspaniyada təlim-məşq toplanışında olduğundan, klubun baş məşqçisi Kurban Berdıyevin göstərişi ilə Abdullayev Kazan təmsilçisinin əvəzedicilərdən ibarət komandasının Antalyadakı düşərgəsində baxışdan keçirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: